Qərbi Azərbaycanın mətbuat tarixi "Lək-lək" jurnalı ilə başlayır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəfəq Nasir olub.
O, Qərbi Azərbaycanın mətbuat tarixindən, müxtəlif illərdə nəşr olunan qəzet və jurnallardan söhbət açıb.
Qeyd edib ki, Qərbi Azərbaycanda ilk mətbu orqan İrəvanda yaranıb. Tədqiqatçılar 1882-ci ildə bu ərazidə "Çiyələk" adlı qəzetin nəşr olunduğunu iddia etsələr də, sözügedən mətbu orqanın hər hansı nüsxəsini əldə etmək mümkün deyil. Ona görə də Qərbi Azərbaycanın mətbuat tarixi "Lək-lək" jurnalı ilə başlayır.
Alimin sözlərinə görə, 1914-cü ildə İrəvanda Azərbaycan dilində nəşr olunan ilk satirik həftəlik jurnalın ömrü cəmi beş ay olub. 12 sayı nəşr olunduqdan sonra bağlanıb. Alimin sözlərinə görə, 1905-1931-ci illərdə qısa fasilələrlə çap olunan, Şərqi qəflət yuxusundan oyadan "Molla Nəsrəddin" jurnalının İrəvan müxbirləri olub. Həmin ziyalılar millətin savadlanması üçün böyük fədakarlıqlar göstəriblər.
Sovet hakimiyyəti illərində isə Qərbi Azərbaycanda "Kommunist", "Zəngi qəzeti", "Qızıl şəfəq", "Qırmızı Basarkeçər", "Vardenis", "Sovet Ermənistanı" qəzetləri nəşr edilib. Bu mətbu orqanlarda əsasən sosializm ideyaları təbliğ olunub.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
