Pleyeri seçin:

Qərbi azərbaycanlıların qayıdışı erməniləri xilas edəcək | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

14 avqust 2023 483 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun budəfəki müsahibi Milli Məclisin deputatı Sahib Alıyev olub.

O, Qərbi Azərbaycanda doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Aşağı Şorca kəndindən söhbət açıb. Millət vəkili bildirib ki, dünyaya göz açdığı yaşayış məntəqəsi onun üçün bir dünyadır: “Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı, Aşağı Şorca kəndi mənim üçün gözəl təbiəti olan mistik bir məkan, əvəzedilməz dünyadır. Göyçə mahalı eynən Altay kimi energetikası yüksək olan tarixi yurd yerimizdir”.

Deputat S.Alıyev el-obasının, qohum-əqrəbasının sadəcə Azərbaycana deyil, xarici ölkələrə pərən-pərən düşdüyünü deyib: “Mənim nəslim dəfələrlə deportasiyalarla üzləşib. Sonuncu deportasiyada da ailə üzvlərim böyük çətinliklərlə üzləşib, sarsıntılar yaşayıb. Mən o zaman Moskvada universitetdə jurnalistika ixtisası üzrə ali təhsil alırdım. Bəzən o günləri düşünəndə özümü günahkar bilirəm ki, nəyə görə ailəmin çətin vaxtlarında onların yanında ola bilməmişəm, onlara mənəvi dəstək göstərə bilməmişəm. Amma reallıqda bütün bu olanların baiskarı və günahkarı SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçov idi. Ona görə də daim onu lənətlə xatırlayıram”.

S.Alıyev bildirib ki, Qarabağdakı haylar bizim ərazimizdə qalıb yaşasalar da, yaşamasalar da, qərbi azərbaycanlılar öz torpaqlarına qayıdacaqlar: “Vətəndaşlarımızın qayıdışı, onların hüquq və təhlükəsizliyinin təmin olunması başlıca şərtdir. Hazırda Ermənistanda xəstə təfəkkürlü bir cəmiyyət var. Sağlam düşünənlər onlar arasında çox azlıq təşkil edirlər və reallığa uyğun danışmağa, hansısa addımlar atmağa ehtiyat edirlər. Amma bilməlidirlər ki, qərbi azərbaycanlıların qayıdışı erməniləri üzləşdikləri rəzil durumdan xilas edəcək”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 483 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 483 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 483 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 483 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 483 baxış
Seçilmişlər
icon