Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanda səfərdədir
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 24-də Azərbaycana dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşılayıb.
Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Daha sonra Prezident İlham Əliyevin qırğızıstanlı həmkarı Sadır Japarovla məhdud tərkibdə görüşü olub. Həmçinin hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.
Aprelin 24-də liderlərin iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi də baş tutub.
Sonra Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
