Qızıl Qoç rayonunun Qukasyan adlandırılmasının səbəbi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində adı hiyləgərliklə erməniləşdirilən Qızıl Qoç rayonu haqqında süjet hazırlanıb.
“Qızıl Qoçun türk əhalisi ailəliklə sürgün edilib” adlı süjetdə XX əsrdə haylara Azərbaycan torpaqlarında dövlət qurulduqdan sonra onların ərazi iddialarının genişlənməsindən, nəticədə Qərbi Azərbaycanın yerli əhalisinin deportasiya edilməsindən, soyqırımlara məruz qalmasından, mahallarımız, kəndlərimiz kimi, rayonlarımızın da adının dəyişdirilməsindən bəhs olunur.
Qeyd olunub ki, Ağbaba mahalının bir hissəsi Qızıl Qoç rayonu ərazisinə düşür. 1914-1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsi olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən, Ermənistan ərazisinə qatılıb. Bölgədə qədim qala qalıqlarının, yaşayış məskənlərinin, qoç heykəllərin mövcudluğu bu ərazinin türk-oğuz məskənləri olmasının tarixi sübutudur.
Diqqətə çatdırılıb ki, Qızıl Qoç rayonu rəsmi olaraq 1937-ci il dekabrın 31-də yaradılıb. 1938-ci il yanvarın 4-dək Qızıl Qoç rayonu həmin tarixdən etibarən Qukasyan və 1990-cı ildə Aşosk adlandırılıb.
Qərbi Azərbaycanın digər bölgələri kimi, Qızıl Qoç rayonu ərazisinin minlərlə türk əhalisi 1930, 1940 və 1950-ci illərdə ailəliklə evlərindən çıxarılıb, sürgün edilib. 1988-ci il deportasiyasında isə azərbaycanlılar yaşadıqları bütün kəndlərdən məcbur qaydada tamamilə çıxarılıblar. Bundan sonra 33 tarixi yer adı dəyişdirilib.
Nəhayət, Ermənistan parlamentinin 1995-ci il 7 noyabr tarixli qərarı ilə Qızıl Qoç, yəni Qukasyan/Aşotsk rayonu ləğv olunaraq mərkəzi Gümrü şəhəri olan Şirak mərzliyinə daxil edilib.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
