Qoşulmama Hərəkatının zirvə görüşü başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü başa çatıb. COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammiti çərçivəsində onun nəticələrini özündə əks edən sənəd qəbul edilib.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov sammitin bağlanış mərasimində çıxışı zamanı bildirib. Nazir iştirakçılara iştiraklarına, uğurlu fikir və ideya mübadiləsinə görə təşəkkür edib.
“Bu sammit əməkdaşlıq və həmrəylik nümunəsinə çevrildi”, - deyən Ceyhun Bayramov əlavə edib ki, təşkilat ölkələri COVID-19-dan sonrakı bərpa üçün yeni təkliflər irəli sürməyə davam etməlidir.
Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.
#Qoşulmama Hərəkatı teqi istifadə olunub
- Qlobal Cənubun lideri hansı ölkədir? | Azərbaycan üçün vacib prinsiplər
- Qoşulmama Hərəkatından COP29-a uzanan uğurun sirri
- İlham Əliyev Qoşulmama Hərəkatına ölkəmizin dördillik sədrlik dövründən danışdı
- Azərbaycanın hansı təşəbbüsünü ölkələr dəstəklədi? | XİN məlumat yaydı
- Azərbaycan Qoşulmama Hərəkatında hansı məsələlərin həllinə nail oldu?
