"Abşeron" qaz-kondensat yatağından gözləntilər
“Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu, “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir”.
Bu sözləri Prezident İlham Əliyev martın 1-i Bakıda, "Gülüstan" sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV
- Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV
- Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR
- Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xətti ilə bağlı video paylaşılıb
