"Azərsilah" müdafiə sənayesi holdinqi yaradılır
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Sənədə görə, QSC silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cari rəhbərliyi baş direktor həyata keçirəcək.
Fərmanla Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi Cəmiyyətin tabeliyinə verilir.
#Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) teqi istifadə olunub
- "Müdafiə sektorunda kibertəhlükəsizlik" adlı sektorial görüş keçirildi - Baku TV
- Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? - Baku TV
- İlham Əliyev Britaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığa başlanıldığını bildirib - 24 SAAT
- "ADEX 2026"da yerli və Türkiyə istehsalı olan hərbi avadanlıqlar böyük maraqla qarşılandı - Baku TV
- Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA
