"Bizim üçün möcüzə kimi idi" | Ukraynada dağıdılan şəhərlərin bərpasında Azərbaycanın rolu - Baku TV
Ukraynada müharibə nəticəsində dağılmış şəhərlərin bərpasında bir sıra dünya ölkələri ilə yanaşı, Azərbaycan da iştirak edir. Ölkənin mərkəzi şəhərlərindən olan və müharibə dövründə ciddi zərər görmüş İrpendə sosial infrastrukturların bərpasında Azərbaycan fəal rol oynayıb. Onların bir qisminin bərpası Azərbaycan tərəfindən artıq başa çatdırılıb, digərlərinin isə yaxın müddətdə bərpası nəzərdə tutulur.
İrpen Təhsil İdarəsinin rəisi Mariya Qostin bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən bəri İrpen şəhəri böyük sınaqla üzləşib:
“Atəşə məruz qalmayan, məhv edilməyən və ya qismən dağılmayan heç bir təhsil müəssisəsi yox idi. 12 nömrəli lisey çox ciddi şəkildə zədələnmişdi, orada uşaqlara təhsil vermək mümkün deyildi. Azərbaycanla əməkdaşlıq çərçivəsində cəmi 3 ay ərzində təhsil müəssisəsi bərpa edildi. Bu bizim üçün möcüzə kimi idi”.
#Ukrayna teqi istifadə olunub
- Ukraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdı - Baku TV
- Müdafiə və təhlükəsizlik sahəsində yeni mərhələ başlayır - Baku TV
- Volodimir Zelenski Almaniya Kansleri ilə görüşdə nələri müzakirə etdi?
- Zelenskidən sərt sözlər | "Onların bizə ehtiyacı var" - Baku TV
- 175 ukraynalı hərbi əsir azad edilib
