"Bu ölkələr ehtiyatlı olmalıdırlar" | İran müharibəsi daha da uzanacaq? - BİZDƏN NƏ DANIŞIRLAR?
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
“Rusiya humanitar yardım və tibbi ləvazimatlar da daxil olmaqla İrana dəstəyini davam etdirəcək”.
“Rossiyskaya qazeta” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib və Moskvanın ciddi çətinliklərlə üzləşən İran xalqına bundan sonra da kömək etmək niyyətində olduğunu qeyd edib.
Onun sözlərinə görə, bundan əvvəl Tehran təcili olaraq dərman təchizatı xahişi ilə Rusiyaya müraciət edib və Moskva İrana çatdırılmaq məqsədilə Azərbaycan vasitəsilə 13 tondan çox dərman göndərib.
“12 günlük müharibənin təcrübəsinə əsaslanaraq İran vaxtından əvvəl və natamam atəşkəsə razılaşmayacaq. Atəşkəslə bağlı hər hansı bir razılaşma təcavüzkarlıq zəmanətlərinə əsaslanan yazılı sənəd olmalı və İrana dəyən ziyan məsələsinin aydın şəkildə həllini də özündə əks etdirməlidir”.
Bu fikirləri İranın Ermənistandakı səfiri Xəlil Şirqulami “NEWS.am” saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu müharibədə İranla qonşuları arasında problem yaratmağa yönəlmiş çoxsaylı yanlış təxribatçı hərəkətlərin şahidi olublar.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
