"Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusu ilə bağlı tədbir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonunun Quzanlı qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans keçirilib.
Konfransın açılışında çıxış edən rəsmilər dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasətin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə hüquqi bazanın daim təkmilləşdirildiyini diqqətə çatdırıblar.
Konfrans çərçivəsində “Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri” və “Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi” mövzularında panel iclasları keçirilib.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkənin müxtəlif bölgələrində bu kimi tədbirlərin təşkili davam etdirilir.
#Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi teqi istifadə olunub
- Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV
- Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV
- Bakıda mədəni və dini irsin mühafizəsinə həsr olunmuş konfrans keçirilib - Baku TV
- “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans
- Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV
