Pleyeri seçin:

"Euronews" Bakını belə təqdim etdi | Reportajda nələrə diqqət çəkildi? - Baku TV

01 yanvar 2026 512 baxış

Bakı şəhərində ictimai təhlükəsizliyin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Bu barədə “Euronews” telekanalının Azərbaycanın paytaxtı ilə bağlı hazırladığı reportajda bildirilir.

Qeyd olunur ki, müasir texnologiyalar, polis və ictimaiyyətin əməkdaşlığının uzlaşdırılması nəticəsində cinayət göstəriciləri aşağı səviyyədədir.

Rəsmi qurumların məlumatına görə, paytaxtda cinayətlərin aşkar olunma faizi yüksəkdir və təhlükəsizlik sahəsində müasir texnologiyalardan istifadə getdikcə genişlənir.

Daxili İşlər Nazirliyinin əməkdaşı Sərvinaz Ramazanovanın sözlərinə görə, hər 100 min nəfərə düşən cinayətlərin sayı bir sıra ölkə paytaxtları ilə müqayisədə xeyli aşağıdır. Cinayətlərin açılma nisbəti 85-90 faiz təşkil edir.

Ağıllı nəqliyyat idarəetmə sistemləri, müşahidə kameraları şəbəkəsinin genişləndirilməsi və digər təhlükəsizlik mexanizmləri sutka ərzində fasiləsiz rejimdə fəaliyyət göstərir.

Qurumlar ictimai asayişin qorunmasında vətəndaşlar və müxtəlif təşkilatlarla davamlı əlaqələrin mühüm rol oynadığını da vurğulayırlar. Bakıya səfər edən qonaqlar və şəhər sakinləri paytaxtda güclü təhlükəsizlik mühitinin hökm sürdüyünü, özlərini rahat və təhlükəsiz hiss etdiklərini bildirirlər.

Çindən olan turist deyir ki, Bakıda təhlükəsizlik yüksək səviyyədədir, başqa ölkələrin paytaxtlarından çox fərqlənir, burada çoxlu dostlar qazanıb.

“Uşaqlığımdan və yeniyetməliyimdən bəri buraya səyahət edirəm. Bu gözəl ölkənin nə qədər təhlükəsiz olduğunun fərqindəyəm”, – Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançini telekanala bildirib.

Qeyd olunur ki, görülən tədbirlər Bakının təhlükəsiz, açıq və qonaqpərvər paytaxt kimi beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir.

Kopyalandı
Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 512 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 512 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 512 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 512 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 512 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 512 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 512 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 512 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 512 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 512 baxış
Seçilmişlər
icon