"Həmişə hiss edirdik ki, düşmənlə bir yerdə yaşayırıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı" adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Bala Məzrə kənd sakini İlham Abdullayevin həyat hekayəsinə həsr olunub.
O, erməni vəhşiliyindən kövrələrək danışıb:
"Bilqeys nənəm həmişə danışırdı ki, onun 6-7 yaşı olanda ermənilər kəndə hücum ediblər. Balaca qardaşı ilə qaçıb təzəkdən düzəldilən qalağın içində gizləniblər. Deşikdən baxıblar ki, ermənilər kəndin bütün kişilərini yığıb su quyusunun başında başlarını kəsib quyuya doldururlar. Yəni 7-8 yaşından bu günə qədər o ağrı-acı həmişə bizim içimizdədir. O hisslərlə böyüdük, 4 dəfə Göyçədən qovulduq. Ora bizim torpaqlarımız olub. Düşmənçilik siyasəti yeridərək bizi oradan didərgin saldılar".
Uşaqlıq xatirələrinin hamısını Göyçədə qoyub gəldiyini söyləyən İ.Abdullayev doğma yurda qayıdışın yenidən baş verəcəyinə əminliyini bildirib:
"Qarabağ torpaqları alınanda Şuşaya getdim. Zəfər yolundan maşın gedəndə o an fikirləşdim ki, ay Allah, görəsən elə bir gün olacaqmı Göyçəyə də gedək, o torpaqları, dağları, bulaqları görək. Prezidentimiz İlham Əliyev Kəlbəcərdən Zoda gələn yolun başında dayanıb dedi ki, bu torpaqlar bizimdir. Biz bu torpaqlara qayıdacağıq. Mən ona inanıram və bilirəm ki, biz o torpaqlara qayıdacağıq”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
