"İçərişəhər" qoruğuna sədr təyin olundu | Prezident sərəncam imzaladı
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Rüfət Mahmud bu təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan “SOCAR Rus” MMC-nin rəhbəri olub. O, 2019-2022-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının sədri vəzifələrində çalışıb. Həmçinin Dünya Bankı və İqtisadiyyat Nazirliyində bir sıra vəzifələrdə işləyib.
Xatırladaq ki, ötən il Şahin Seyidzadə Prezidentin Sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
#İlham Əliyev teqi istifadə olunub
- "Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV
- Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Baku TV
- İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
