Pleyeri seçin:

"Məkkə sazişi"nin arxasındakı güc, əsas hədəf: Bakı niyə bu ittifaqda yer ala bilər? - HƏRBİ XRONİKA

10 avqust 2026 329 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan qarşılıqlı müdafiə sazişinin hərbi potensialı, geosiyasi əhəmiyyəti və Azərbaycan üçün mümkün nəticələri təhlil olunub.

Bildirilib ki, sazişə əsasən, tərəflərdən hər hansı birinə qarşı silahlı hücum digərlərinə qarşı da hücum kimi qiymətləndiriləcək. Türkiyənin xarici işlər naziri Hakan Fidan mexanizmin NATO-nun 5-ci maddəsinə texniki baxımdan bənzədiyini bildirib. Ankara və İslamabad isə sazişin konkret ölkəyə qarşı yönəlmədiyini və müdafiə xarakteri daşıdığını vurğulayıb.

Qeyd olunub ki, üç ölkənin ümumilikdə 1 milyon 388 min aktiv hərbi qulluqçusu, ehtiyat qüvvələrlə birlikdə isə 2 milyon 300 minə yaxın canlı qüvvəsi var. Hərbi aviasiya parkında 3 400-dən çox təyyarə, o cümlədən 800-dən artıq qırıcı, quru qoşunlarında isə 6 minə yaxın tank mövcuddur. Üç ölkənin müdafiə xərcləri birlikdə 124 milyard dollardan çoxdur.

Vurğulanıb ki, sazişi “müsəlman NATO-su” adlandırmaq tam doğru deyil. Çünki NATO-dakı vahid komandanlıq və inteqrasiya olunmuş hərbi struktur burada mövcud deyil. Buna baxmayaraq, Türkiyənin müdafiə sənayesi və NATO təcrübəsi, Pakistanın böyük ordusu və nüvə imkanları, Səudiyyə Ərəbistanının isə maliyyə resursları üçlüyün ciddi hərbi potensial formalaşdırmasına imkan verir.

Diqqətə çatdırılıb ki, yeni mexanizm Azərbaycan üçün də maraq doğurur. Türkiyə və Pakistan Azərbaycanın ən yaxın strateji tərəfdaşlarıdır və Bakı hər iki ölkə ilə intensiv hərbi əməkdaşlıq edir.

Hazırda Azərbaycanın sazişə qoşulması ilə bağlı rəsmi qərar yoxdur. Lakin yeni təhlükəsizlik arxitekturasının gələcəkdə genişlənib-genişlənməyəcəyi və Azərbaycanın bu xəritədə hansı mövqeni tutacağı regionun hərbi-siyasi mənzərəsi baxımından mühüm sual olaraq qalır.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 329 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 329 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 329 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 329 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 329 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 329 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 329 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 329 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 329 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 329 baxış
Seçilmişlər
icon