"Moskva bu vəziyyəti diqqətlə izləyir" | Zaxarova Bakıdan gözləntisini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla Rusiya arasında gərginləşən münasibətlər fonunda növbəti açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, Bakıda saxlanılan Rusiya vətəndaşlarının azad edilməsi ikitərəfli münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım ola bilər.
“Bakı tərəfindən saxlanılan rusiyalıların azad olunması, şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətlərinin normallaşması üçün mühüm jest olardı”, – deyə Mariya Zaxarova qeyd edib.
O eyni zamanda bildirib ki, Moskva vəziyyəti diqqətlə izləyir və Azərbaycan tərəfi ilə dialoqu davam etdirir. Onun bu açıqlaması son günlər ictimai rəydə müzakirə edilən Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması hadisələrinə cavab kimi qiymətləndirilir.
Qeyd edək ki, son günlər Rusiya mətbuatı və sosial şəbəkələrdə Azərbaycan hüquq-mühafizə orqanlarının rusiyalı bəzi şəxsləri saxlaması ilə bağlı xəbərlər yayılıb. Rəsmi Bakı bu məsələ ilə bağlı hələlik geniş açıqlama verməyib.
Mariya Zaxarovanın bu bəyanatı Moskvanın gərginliyi azaltmaq niyyətində olduğunu göstərsə də, məsələnin necə həll ediləcəyi hələlik məlum deyil.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Avropa diplomatları Rusiya XİN rəhbəri ilə eyni kadrda yer almaq istəməyib
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
