"Şərq gözətçisi" əməliyyatı ilə NATO müharibəyə hazırlaşır? | AKTUAL GÜNDƏM
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun yeni başladığı "Şərq gözətçisi" əməliyyatı qlobal təhlükəsizlik arxitekturasında yeni bir mərhələnin başlanğıcı hesab olunur. Alyansın şərq cinahını gücləndirmək məqsədi daşıyan bu addım, Rusiya ilə mümkün genişmiqyaslı müharibəyə hazırlıq ssenarisi kimi qiymətləndirilir. "Aktual Gündəm" verilişində NATO-nun bu strateji həmləsi, Rusiyanın Kalininqrad və Belarusdakı "İsgəndər" raket sistemlərinə qarşı cavab tədbirləri və regionda hərbi balansın dəyişməsi ətraflı təhlil edilir. Ekspertlər Alyansın şərq sərhədlərində qoşun cəmləşdirməsinin pərdəarxası məqamlarını və bu prosesin Ukrayna müharibəsinin gedişatına təsirlərini müzakirə edirlər. Beynəlxalq siyasətin ən qaynar mövzuları və NATO-Rusiya qarşıdurmasının gələcəyi barədə analitik baxış Baku TV-nin xüsusi təqdimatında.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
