"Urud Qafqazın ən qədim məskənlərindəndir" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, şair-publisist Musa Quliyev (Urud) olub.
O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Zəngəzur bölgəsindən, Sisyan rayonunun Urud kəndindən söhbət açıb. Bildirib ki, Urud kəndi Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir. Millət vəkilinin sözlərinə görə, kənddəki min ildən çox yaşı olan Alban-Türk qəbiristanlığı, Babək qalası, Bazarçay üzərindəki qədim körpü və digər maddi-mədəniyyət abidələri bu yurdun tarixən türklərə məxsusluğunu, burada məskunlaşan əhalinin bizim əcdadlarımız olduğunu ortaya qoyur.
Millət vəkili vurğulayıb ki, 1988-ci ildə yenidən deportasiyaya məruz qalan soydaşlarımıza ümummilli lider Heydər Əliyev siyasi hakimiyyəti dövründə daim mənəvi dayaq olub. Hazırda Milli Məclisdə gəncəli seçiciləri təmsil etdiyini xatırladan deputat bildirib ki, paytaxt Bakıdan sonra ölkəmizin ikinci şəhəri sayılan Gəncədə böyük bir yaşayış məntəqəsi Yeni İrəvan adlanır. Deputatın sözlərinə görə, bu yaşayış məntəqəsində Göyçədən, Zəngəzurdan, İrəvandan, eləcə də Qərbi Azərbaycanın digər bölgələrindən müxtəlif illərdə deportasiyaya məruz qalan soydaşlarımız məskunlaşıblar. M.Quliyev Qərbi Azərbaycan tarixini tədqiq etməyin, öyrənməyin, gələcək nəsillərə çatdırmağın zəruriliyindən də danışıb. Qeyd edib ki, Ermənistan Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək sülh müqaviləsini imzalayandan sonra Qərbi Azərbaycana qayıtmaq an məsələsidir.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
