Pleyeri seçin:

Qvineyanın ölkəmizdəki yeni səfiri İlham Əliyevin qəbulunda

27 yanvar 2025 297 baxış

Prezident İlham Əliyev yanvarın 27-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı siyasi və iqtisadi əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvarlığını bildirərək, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında fəal və uğurlu əməkdaşlıq etdiklərini deyib, bu çərçivədə qarşılıqlı dəstəyə əsaslanan əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

İlham Əliyev əməkdaşlığımızın cəlbedici sahələrinin müəyyən edilməsinin də zəruriliyini qeyd edib.

Ölkəmizdə Afrikadan çoxsaylı tələbələrin təhsil aldığını deyən dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları təqdim etdiyini bildirib, Qvineyadan olan tələbələrin də bundan yararlana biləcəklərini vurğulayıb.

İlham Əliyev Azərbaycanın özünün DOST və “ASAN xidmət” təcrübəsini bir sıra ölkələrlə bölüşdüyünü qeyd edərək, bu sahədə Qvineya ilə də əməkdaşlıq imkanlarının olduğunu deyib.

Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Siyasət
23 sentyabr 2026 297 baxış
İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
23 sentyabr 2026 297 baxış
BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

Siyasət
23 sentyabr 2026 297 baxış
Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Siyasət
23 sentyabr 2026 297 baxış
Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV

Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV

Siyasət
23 sentyabr 2026 297 baxış
İrandan Azərbaycana uçuşlar dayandırılıb | Səfirlik vətəndaşlara müraciət etdi - Baku TV

İrandan Azərbaycana uçuşlar dayandırılıb | Səfirlik vətəndaşlara müraciət etdi - Baku TV

Siyasət
23 sentyabr 2026 297 baxış
ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR

ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR

Siyasət
23 sentyabr 2026 297 baxış
Türk dövlətlərinin müdafiə əlaqələri daha da dərinləşir - Baku TV

Türk dövlətlərinin müdafiə əlaqələri daha da dərinləşir - Baku TV

Siyasət
23 sentyabr 2026 297 baxış
Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV

Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV

Siyasət
22 sentyabr 2026 297 baxış
ABŞ Prezidenti Bakı ilə İrəvan arasındakı prosesdən danışdı - Baku TV

ABŞ Prezidenti Bakı ilə İrəvan arasındakı prosesdən danışdı - Baku TV

Siyasət
22 sentyabr 2026 297 baxış
Seçilmişlər
icon