Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılacaq.
“Qafqazinfo” 88 yaşlı “Boz kardinal”ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdən bəzilərinin adlarını öyrənib.
Bunlar Ramiz Mehdiyevin Bakı Dövlət Universitetində kafedra müdiri işləyən qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, ləğv edilmiş “Bank BTB”nin əsas səhmdarı olan gəlini Nigar Mehdiyeva, “Bank BTB”nin Müşahidə Şurasının sədri və bankın səhmdarlarından biri Sadiq Rza İsmayıl, “Şərq-Qərb” Nəşriyyatının direktoru Sevil İsmayılova, AXCP sədri Əli Kərimli və müavini Məmməd İbrahimdir.
Onların məhkəmə istintaqı zamanı da şahid qismində ifadə verəcəkləri gözlənilir.
İlk iclas sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifələrində çalışıb.
Hazırda R.Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.
Onun ittiham olunduğu maddələrdən ikisinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bununla belə, Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədərkən 65 yaşdan yuxarı olan şəxslər ömürlük məhkum edilə bilməz.
#Ramiz Mehdiyev teqi istifadə olunub
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəməsində kənar şəxslərin iştirakına icazə verilmədi - Baku TV
- Mehdiyevin işi üzrə növbəti iclasda hansı ifadələr səslənəcək?
- Ramiz Mehdiyevin işi üzrə növbəti məhkəmədə kimlər danışacaq? - Baku TV CANLI
