Ramiz Mehdiyevin xarici xüsusi dövlət orqanlarına məktubu və telefon danışığı ortaya çıxdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Qurban oğlu Əmirov və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim edib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.
#Ramiz Mehdiyev teqi istifadə olunub
- Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV
- Dövlətə xəyanət və hakimiyyəti ələ keçirmə | Məhkəmə hansı qərarı verdi? - Baku TV CANLI
- Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəməsində kənar şəxslərin iştirakına icazə verilmədi - Baku TV
- Mehdiyevin işi üzrə növbəti iclasda hansı ifadələr səslənəcək?
- Ramiz Mehdiyevin işi üzrə növbəti məhkəmədə kimlər danışacaq? - Baku TV CANLI
