Rus komandiri dedi ki, üç günə çıxmasanız, ermənilər sizi güllələyəcək | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Hər kənd özünə müdafiə üçün səngər qazmışdı” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kənd sakini Arifə Əhmədovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq və məktəb illərini xatırlayıb, iki dağın arasında yerləşən kəndləri ilə bağlı maraqlı xatirələrindən söz açıb:
“Orta məktəb illərində rus dili çox az tədris edildi. Ermənilər məqsədli şəkildə bizim kəndə nə rus dili, nə də ingilis dili müəllimi göndərmirdilər. Bizə bir il erməni dili tədris edilirdi. Erməni dili dərsində heç kim oturmurdu”.
A.Əhmədova məcburi deportasiyalar zamanı ailəsinin çox ağır günlər yaşadığını söyləyib:
“Rəhmətlik anam deyirdi ki, 1918-ci ildə kəndə ermənilər hücum edəndə biz təndirə girdik, qonşular üstünə ağır daş qoydular ki, bizi güllələməsinlər, qılınclamasınlar. Ermənilər kəndə girib insanları quyuya doldurub üstünü daşlayıblar.
1988-ci ildə də biz kənd avtobusları ilə rayona gedirdik. Ermənilər avtobuslara hücum edib daşlayırdılar. Kənddə sovet ordusu var idi. Rusiyalı komandir bizə üç gün vaxt verdi və dedi ki, buranı tərk etməsəniz, ermənilər gəlib sizi güllələyəcəklər.
1988-ci ilin noyabr ayında hamı yavaş-yavaş ailəsini Göyçədən, kəndlərdən çıxarmağa başladı. Biz Kəlbəcərə gəldik, Dalqılınclı kəndində sığındıq. Hərə bir yerə dağıldı, pərən-pərən düşdük”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
