Pleyeri seçin:

Rusiya artıq bu tarixdə bölgəyə sülhməramlı göndərmək istəyirdi | Ceyhun Bayramov

08 noyabr 2025 404 baxış

"İkinci Qarabağ müharibəsi zamanı gərginlik baxımından Moskva görüşü digərlərindən fərqlənirdi".

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.

Nazir xatırladıb ki, 2020-ci il oktyabrın 8-də Rusiya tərəfi Ermənistanla danışıqların keçirilməsini təkidlə təklif edib:

"Oktyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki, Rusiya XİN başçısı Lavrov tərəflərə sənəd təqdim etdi. Sənəd cəmi bir neçə maddədən ibarət idi. Oktyabrın 10-na keçən gecə bütün hərbi əməliyyatların dayandırılması, təmasın şərq hissəsində Rusiya sülhməramlıları və Azərbaycan Ordusu, təmas xəttinin qərbində isə yenə Rusiya sülhməramlılarının və Ermənistan Ordusunun yerləşdirilməsi təklif olunurdu".

C.Bayramovun qeyd edib ki, ərazinin boşaldılması nəzərdə tutulmurdu:

"Bu, o demək idi ki, məsələ tam dondurulsun və bundan sonra heç nə artıq baş verə bilməz. Biz öz mövqeyimizdən çıxış edərək bildirdik ki, Ermənistanla danışığa hazırıq, Ermənistan ərazidən nə vaxt çıxacağını göstərsin. Sənədə Ermənistan da etiraz etdi".

Nazir xatırladıb ki, danışıqlar bir neçə saat çəkib və mövqelərdə heç bir tərpəniş olmayıb. Onun sözlərinə görə, Lavrov müəyyən məqamda manevr edərək bildirib ki, əvvəlki gün liderlərin danışığının olmasından məlumatlıdır, siz isə onlardan bir qədər fərqli görünürsünüz:

"Biz isə buna cavab olaraq fasilə istədik ki, öz daxilimizdə müzakirəyə ehtiyac var. Onlar bizə yer ayırmaq istədilər. Lakin biz öz səfirliyimizə getmək istədik, Ermənistan isə danışıqlar olan məkanda qaldı. Biz səfirliyimizdə müəyyən kanallarla əlaqə saxladıq, cənab Prezidentin təlimatlarını aldıq və addımlarımızı hazırladıq. Danışıqlara qayıdanda Rusiya Prezidenti Vladimir Putin və müdafiə naziri Şoyqu zəng edən zaman Lavrov otaqdan çıxırdı. Biz danışıq zamanı mövqemizdən çəkinməyəcəyimizi bildirdik".

C.Bayramov bildirib ki, nəticəni həmin gün əldə etmək onlar üçün çox önəmli idi:

"Biz isə bildirdik ki, danışığa sabah da davam edə bilərik. Biz orada olanda Hadrutun işğaldan azad edildiyi elan olundu. Bu bizə xəbər verildi. Bundan 15 dəqiqə sonra Ermənistan nümayəndə heyətində təşviş gördük. Bu, günün maraqlı məqamı idi. Biz orada onlara da Hadrutun azad olunduğunu dedik, çünki Ermənistan tərəfi 5+2 formatı təqdim edəndə biz bunun işləmədiyini dedik. Bildirdik ki, artıq Cəbrayıl və Hadrut azad olunub".

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 404 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 404 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 404 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 404 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 404 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 404 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 404 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 404 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 404 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 404 baxış
Seçilmişlər
icon