Pleyeri seçin:
Rusiya Avropanın hədəfində | Yeni sanksiyalarla bağlı məlumat
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı növbəti — 19-cu sanksiya paketini müzakirə edir. Brüsseldə keçirilən iclasda təqdim olunan yeni sanksiyalar həm mövcud qadağaların sərtləşdirilməsini, həm də yeni məhdudiyyətləri nəzərdə tutur. Paketin ən diqqətçəkən bəndləri arasında kimyəvi maddələrin, filiz və metalların ixracına tam qadağa, həmçinin Rusiyanın “Mir” ödəniş sisteminə qarşı təzyiqlərin artırılması yer alır. Bundan əlavə, “Rosneft” və “Qazprom neft” şirkətləri ilə bütün əməliyyatların tam qadağan edilməsi və Rusiya ilə əməkdaşlıq edən Çin və Hindistan şirkətlərinə sanksiyaların tətbiqi planlaşdırılır. Məhdudiyyətlərin qüvvəyə minməsi üçün bütün üzv dövlətlərin yekdil razılığı lazımdır.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
