Rusiya-Azərbaycan münasibətləri nəyə tərəf gedir? - Markov Putinin qərarından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Dünən Rusiya lideri Vladimir Putin Azərbaycan parlamentinin sədrini “Dostluq” ordeni ilə təltif edib və bu yaxınlarda Moskvanın mərkəzində Heydər Əliyevin abidəsinin təməli qoyuldu. Bu addımlar iki ölkə arasında münasibətlərin daha sakitlik həddinə çatdığını göstərir. Rusiya və Azərbaycan arasında ikitərəfli təmasların intensivləşməsi belə qənaətə gəlməyə əsas verir ki, hər ehtimala qarşı Moskva ilə Bakı arasında məsləhətləşmələr aparılıb və nəticədə hər iki tərəf müxtəlif növ neqativ bəyanatlara tabu qoymaq qərarına gəlib”.
Bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib.
“Qənaətə gəlinib ki, münaqişənin inkişafına imkan verməməli, bağlı qapılar arxasında vəziyyəti ciddi nəzarətə götürməlidirlər. Bu qərar ona görə verilib ki, eskalasiya yalnız bizə ziyan vurur. Üstəlik, açıq-aydın görünür ki, kənar oyunçular çətinliklərimizdən istifadə edərək bizi daha ciddi münaqişəyə aparmağa çalışırlar. Bununla maraqlananlar kifayət qədərdir. Bu şəraitdə Moskva və Bakı qərara gəldi ki, problemlər qalmaqdadır, onların həlli üçün ciddi səylər, ciddi ikitərəfli iş tələb olunur, lakin emosiyaları və mənfi meyilləri boğmaq daha yaxşıdır. Axı həm Moskva, həm də Bakıya aydındır ki, mübahisə ölkələrimizi yalnız zəiflədir, mübahisə zərər verir. Strateji tərəfdaş olaraq qalmaqda davam edirik və bütün ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlıq layihələri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir”, – o bildirib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
