Pleyeri seçin:

“Rusiyanın regiondakı gücünü sarsıdan 2 hadisə...” | Sensasiya yaradan məqalə

10 iyul 2025 472 baxış

“150 ildən artıqdır ki, Rusiya Cənubi Qafqazda hökmranlıq edib, onu istismar edib, ağalıq edib və “parçala, hökm sür” müstəmləkəçi siyasətini həyata keçirib”.

Bu barədə “Hill” qəzeti məlumat yayıb.

“İndi Ermənistan və Azərbaycan aydın xətlər çəkir və Amerikanın onlara kömək etmək üçün tarixi imkanı var. Rusiya Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlamaq üçün “parçala və hökm sür” strategiyasından istifadə etməklə hər iki tərəfi qəzəbləndirib. İndi isə bu, iki tərəfi bir-birinə daha da yaxınlaşdıra bilər”, ‒ məlumatda deyilib.

Qeyd olunub ki, Vaşinqton eskalasiyaya gətirib çıxarmadan regionda təsirini artırmaq üçün iki addım ata bilər:

“Birincisi, Ermənistan, Azərbaycan və Türkiyə arasında iqtisadi inteqrasiyanı və sülh diplomatiyasını dəstəkləməkdir, bu da Asiyadan Avropaya Rusiya və İrandan yan keçən tranzit marşrutu olan Orta dəhlizi gücləndirməyə kömək edəcək. Bu, regionun Moskvadan asılılığını azaltmağa yardım edəcək. İkinci addım daha əvvəl İsrailin yüksəkrütbəli parlamentariləri və Baş nazir Benyamin Netanyahu tərəfindən səsləndirilən strategiyanın Azərbaycan və İsraillə müdafiə sahəsində üçtərəfli əməkdaşlığıdır”.

Nəşr bildirib ki, hər iki ölkədən Moskvaya belə açıq çağırış cəmi beş il əvvəl qeyri-mümkün görünürdü:

“Lakin iki hadisə Rusiyanın regiondakı mövqeyini sarsıtdı: Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması və Ukraynadakı müharibə. Təxminən 30 ildir ki, Rusiya Qarabağ münaqişəsindən Ermənistan və Azərbaycana təsir vasitəsi kimi istifadə edir. Moskva Ukrayna, Moldova və Gürcüstanda oxşar strategiyadan istifadə edərək, təzyiq göstərmək üçün separatçı hərəkatları dəstəkləyib. Amma Qarabağ məsələsində hər iki tərəfə birdən təzyiq edilirdi. Azərbaycanın 2020 və 2023-cü illərdəki uğurlu əməliyyatlarından sonra Moskva əsas rıçağını itirdi. Ukraynada müharibənin başlaması ilə onun Cənubi Qafqaza təsir imkanları xeyli azaldı. Rusiyanın “parçala və hökm sür” taktikası həm Ermənistan, həm də Azərbaycanı getdikcə qıcıqlandırırdı. İndi də Moskva hər iki tərəfi birləşdirə bilər, bu dəfə özünə qarşı”.

Kopyalandı
Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 472 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 472 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 472 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 472 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 472 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 472 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 472 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 472 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 472 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 472 baxış
Seçilmişlər
icon