Rusiyaya işləməyə gedənlərə pis xəbər | Sentyabrdan etibarən...
Rusiya azərbaycanlılar üçün yeni məhdudiyyətlər tətbiq edir.
2025-ci il sentyabrın 1-dən etibarən Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün yeni məhdudiyyətlər tətbiq ediləcək.
Bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.
Bu üç ölkədən olan şəxslərə topdan və pərakəndə ticarətlə, avtomobillərin, o cümlədən motosikletlərin təmiri ilə məşğul olmaq qadağan edilir. Bu məhdudiyyətlər patent əsasında işləyən əcnəbilərə şamil edilir.
O da bildirilir ki, Yamalda miqrantlar üçün məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi ilk dəfə deyil. Burada son beş ildə əmək miqrantlarının sayı azalıb.
Onu da qeyd edək ki, bənzər qərar bu yaxınlarda Sankt-Peterburqda da verilib. Şəhərin qubernatoru Aleksandr Beqlov əcnəbilərin kuryer kimi işə götürülməsini məhdudlaşdıran fərman imzalayıb.
“Qərar kölgə məşğulluğu ilə mübarizəyə, kuryer sektorunda xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin yaxşılaşdırılmasına, həmçinin Rusiya vətəndaşları, ilk növbədə gənclər və tələbələr üçün yeni iş yerlərinin yaradılmasına yönəlib”, ‒ deyə qərarda vurğulanıb.
#Rusiya teqi istifadə olunub
- Vuçiçin məğlubiyyəti regionda qüvvələr nisbətini dəyişəcəkmi? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- Rusiya lideri Avropa rəsmilərinin Moskva ilə müharibə təhlükəsi haqqında açıqlamalarını sərt tənqid edib
