Sədərək rayonuna təyin edilən icra başçısı kimdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin Sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
O, 1989-cu il avqustun 18-də Şahbuz rayon Kolanı kəndində anadan olub. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2011-2014-cü illərdə eyni ixtisas üzrə magistratura təhsili alıb.
Əmək fəaliyyətinə isə 2011-ci ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tütor vəzifəsində başlayıb. 2014-cü ildən Universitetin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən isə dekan vəzifəsində çalışıb. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.
Naim Cahidzadə 2018-ci ildə Rumıniyanın Piteşti Universitetində “Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri”, “Azərbaycan və dünya təcrübəsinin fərqləri” mövzularında mühazirələr oxuyub. Həmçinin bir neçə fənn proqramı və məqalənin müəllifidir. O bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
#Naxçıvan Muxtar Respublikası teqi istifadə olunub
- Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı
- “Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV
- Ölkənin müxtəlif bölgələrində qəhrəmanların xatirəsi ehtiramla yad edildi - Baku TV
- Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV
- Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT
