Şəmşəddində ruslara qarşı etirazların səbəbi - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində ermənilərin uydurma yollarla sahib çıxmağa çalışdığı Şəmşəddin rayonu haqqında süjet hazırlanıb.
"Şəmşəddin niyə Berd adlandırılıb?" adlı süjetdə tarixi saxtalaşdıran və özlərinə aid olmayanı mənimsəyən ermənilərin Cənubi Qafqazla bağlı xüsusi işğalçılıq planı həyata keçirmələrindən, məhz Çar Rusiyasının havadarlığı ilə icra olunan plan əsasında bu bölgədə Azərbaycan torpaqları üzərində süni Ermənistan dövləti qurulmalarından bəhs olunub.
Bildirilib ki, Qərbi Azərbaycanın Şəmşəddil mahalı ərazisində yerləşən rayon ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Mərkəzi Tovuzqala kəndi kimi tanınıb. Bu toponim şəmşəddinli türk etnonimi əsasında əmələ gəlib. Şəmşəddinli etnoniminin qızılbaşların zülqədar tayfasına aid olduğu göstərilir.
Diqqətə çatdırılıb ki, Şəmşəddin inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1946-cı ildə kənd ermənicə Berd adlandırılıb. Burada yaşayan oğuz türkləri zaman-zaman sıxışdırılıb çıxarılaraq bu ərazi tamamilə erməniləşdirilib.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
