Səsvermə şəffaf və etibarlı idi | Rusiya Azərbaycanı seçkilərlə bağlı təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Azərbaycanı parlament seçkilərinin uğurlu təşkili münasibətilə təbrik edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatının monitorinq missiyalarının qiymətləndirmələrinə görə, seçki şəffaf, etibarlı və demokratik keçirilib. Rusiya tərəfi xalq iradəsinin ifadəsinin uğurlu təşkili münasibətilə azərbaycanlı dostlarımızı təbrik edir, bunun nəticələri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara əhali arasında geniş rəğbətdən xəbər verir”, – deyə məlumatda bildirilir.
Nazirlik Azərbaycan Respublikası Milli Məclisinin deputat korpusunun yeni tərkibi ilə Rusiya Federasiyası Federal Məclisi arasında iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə uyğun sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümid bəslədiklərini qeyd edib.
#Parlament seçkiləri teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- AFD-nin yüksəlişi Almaniyada siyasi sistemdə fundamental dəyişiklik yarada bilər
- İsrailin hakim partiyasından qalmaqallı plakat
- Ermənistanda parlamentin ilk iclası keçirildi - Baku TV
- İran, Rusiya və Çin İsrail seçkilərinə müdaxilə etməyə hazırlaşır? - Baku TV
