SOCAR Ukraynada mühüm ekoloji təşəbbüs həyata keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 2025-ci ilin Konstitusiya və Suverenlik İli olması çərçivəsində, o cümlədən Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin 5 illiyi münasibətilə Ukrayna paytaxtı Kiyevdə mühüm ekoloji təşəbbüs həyata keçirilib.
“Azərbaycanın Ukraynadakı səfirliyi və “SOCAR” şirkətinin rəhbərliyi ilə birlikdə Obolonun yaşıllaşdırılması üzrə gözəl ənənə davam edir. Bu, artıq ilk tədbir deyil. Park ərazisində daha çox ağac əkmək niyyətindəyik. 20-25 il sonra buraya uşaqlarımızla, nəvələrimizlə gəlib məhsuldar əməkdaşlığımızın nəticəsini görəcəyik. Azərbaycan əbədi missiya həyata keçirir”, – Kiyev Şəhər Administrasiyasının rəsmisi Pavel İvanov bildirib.
Qeyd edək ki, Azərbaycan müharibənin ilk günlərindən humanitar missiyanın müxtəlif sahələri üzrə Ukraynaya yardım göstərir.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
