Pleyeri seçin:

Sözlə silahlananlar | Vətən müharibəsindən ilk dəfə yayımlanan görüntülər - Qarabağ Xronikası 149

08 noyabr 2024 1081 baxış

“Qarabağ xronikası” verilişinin 149-cu buraxılışı yayımlanıb.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda İkinci Qarabağ müharibəsində Azərbaycan jurnalistikasının rolundan bəhs edib.

Vətən müharibəsində jurnalistikamızın üzərinə çətin bir vəzifə götürdüyünü deyən F.İsazadə vurğulayıb ki, bu kontekstdə ən ağır yükün altına girənlər isə “Baku TV” və “Oxu.Az”ın əməkdaşları olub:

“Biz ilk olaraq keçmiş təmas xəttindən, sonra isə işğaldan azad edilən ərazilərdən xalqımıza və dünya ictimaiyyətinə real vəziyyət haqqında dolğun reportajlar hazırlayıb çatdırırdıq. İnformasiya cəbhəsində saxtakarlıqla mübarizəmiz nəticəsiz qalmadı. Ermənistanın şüurlu qismi real vəziyyət haqqında məlumatları Azərbaycan jurnalistlərini izləyərək əldə edirdilər”.

Fərdin İsazadə döyüşlərdə çətinliklərin öhdəsindən gələn hərbçilərimizin istənilən mürəkkəb vəziyyətdə ani qərarla tapşırıq icra etdiklərinin şahidi olduğunu deyib:

“Bəli, çox şey haqda danışmadıq. İndi də bu pərdəni tam olaraq qaldırmayacağıq. Məsələn, hücumda olan Azərbaycan Ordusunun bölmələri Zəngilana çatmağa az qalmışdı. Ermənistan Ordusu və qeyri-qanuni silahlı dəstələr Ordumuzun Araz çayı boyunca uzanan bölmələrini iki hissəyə yarmaq məqsədilə Hadrut-Nüzgar xətti istiqamətindən əks-hücum əməliyyatı icra etmişdilər. Bu hücuma düşmən 25 minədək canlı qüvvə, döyüş aviasiyası, tank və raket-artilleriya qüvvələrini, xüsusi təyinatlı briqadaları cəlb etmişdi”.

Hərbi müxbir bildirib ki, müharibə vaxtı çəkilən bəzi kadrlar həmin dövrdə düşmənin strateji məlumatlarımızı əldə edə bilməməsi üçün yayımlanmayıb:

“Bu öz növbəsində ağır itkilərə gətirib çıxara bilərdi. Ona görə də biz reytinq gətirə biləcək bütün məlumatları bir kənara qoyaraq ümumi qələbəmiz üçün iş gördük. “Hərbçilərimizin fəaliyyətini bir jurnalist belə lentə almadı” iradlarını isə təmkinlə qarşıladıq, reaksiya vermədik.

Bu kontekstdə qeyd edə bilərik ki, Azərbaycan jurnalistikası İkinci Qarabağ müharibəsində sadəcə bir peşə olmadı. Vətənin çətin anlarında məhz bu ixtisas sahiblərinin hər reportajı xalq ilə ordu arasında mənəvi körpünün yaradılmasına təkan verdi. Düşmənin informasiya təxribatlarına sinə gərdi”. 

Banner
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 1081 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 1081 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 1081 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 1081 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 1081 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 1081 baxış
Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Siyasət
24 oktyabr 2026 1081 baxış
Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Siyasət
24 oktyabr 2026 1081 baxış
Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Siyasət
24 oktyabr 2026 1081 baxış
İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

Siyasət
23 oktyabr 2026 1081 baxış
Seçilmişlər
icon