Pleyeri seçin:

Su təminatının gücləndirilməsi üçün 5 istiqamətdən əlavə suyun gətirilməsi nəzərdə tutulub - Baku TV

13 yanvar 2026 738 baxış

"Bakı şəhəri və Abşeron yarımadasında içməli suya olan tələbatın artması və mövcud mənbələrin gələcək inkişafı nəzərə alınmaqla uzunmüddətli planlaşdırma aparılır".

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

O qeyd edib ki, hazırda Abşeron yarımadasında gündəlik orta su istifadəsi təxminən 16 kubmetr/saniyə təşkil edir, layihə gücü isə 19,1 kubmetr/saniyədir. Onun sözlərinə görə, yay aylarında bu göstərici daha yüksək səviyyəyə qalxır və Bakı şəhəri ilə Abşeron yarımadası üzrə pik tələbat 20,8 kubmetr/saniyə təşkil edir.

Z.Mikayılov bildirib ki, inkişaf proqnozlarına əsasən, 2040-cı ildə orta su tələbatının 20,7 kubmetr/saniyə, pik dövrlərdə isə – xüsusilə yayın ən isti günlərində və bəzi istiqamətlərdə suyun gəlişində problemlər yarandığı hallarda – 26,9 kubmetr/saniyə səviyyəsində olacağı gözlənilir:

"Proqram çərçivəsində yalnız şəbəkə və magistralların genişləndirilməsi deyil, eyni zamanda su mənbələrinin artırılması da nəzərdə tutulur. Bu layihələrdən biri dəniz suyunun duzsuzlaşdırılmasıdır ki, həmin layihə illik 100 milyon kubmetrdən çox içməli su istehsal edəcək. Bu isə gündəlik 3,2 kubmetr/saniyə əlavə su deməkdir".

Onun sözlərinə görə, paralel olaraq "Bakı–Şollar" xətti üzrə iki istiqamət, Kür çayı üzərində yerləşən sutəmizləyici qurğular, eləcə də Oğuz–Qəbələ su mənbəyi təkmilləşdirilərək əlavə suyun Bakıya gətirilməsi planlaşdırılır.

Z.Mikayılov vurğulayıb ki, bu tədbirlər nəticəsində pik tələbat səviyyəsinin artıq 2030-cu ildə təmin olunacağı gözlənilir, 2040-cı ilə qədər isə şəbəkə genişləndirilməsi hesabına bütün tələbat tam qarşılanacaq.

Banner
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Siyasət
30 oktyabr 2026 738 baxış
Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Siyasət
30 oktyabr 2026 738 baxış
Azərbaycanlılara aid məzarların aşkarlandığı kənd barədə real faktlar - Baku TV

Azərbaycanlılara aid məzarların aşkarlandığı kənd barədə real faktlar - Baku TV

Siyasət
30 oktyabr 2026 738 baxış
ABŞ-nin təzyiqlərinə İran nə qədər tab gətirə biləcək? | Böyük Qayıdış davam edir - YENİ BİR SƏHƏR

ABŞ-nin təzyiqlərinə İran nə qədər tab gətirə biləcək? | Böyük Qayıdış davam edir - YENİ BİR SƏHƏR

Siyasət
30 oktyabr 2026 738 baxış
Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV

Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV

Siyasət
30 oktyabr 2026 738 baxış
Bakıda Azərbaycan və Rusiya baş prokurorlarının ikitərəfli görüşü keçirildi - Baku TV

Bakıda Azərbaycan və Rusiya baş prokurorlarının ikitərəfli görüşü keçirildi - Baku TV

Siyasət
30 oktyabr 2026 738 baxış
Enerji infrastrukturuna dəstək | Ukraynaya hansı avadanlıqlar çatdırıldı? - Baku TV

Enerji infrastrukturuna dəstək | Ukraynaya hansı avadanlıqlar çatdırıldı? - Baku TV

Siyasət
30 oktyabr 2026 738 baxış
Tarixi Qorçuluda əsrlərlə kimlər yaşayıb? | Kəndin adı çar və sovet dövründə necə qeyd olunub?

Tarixi Qorçuluda əsrlərlə kimlər yaşayıb? | Kəndin adı çar və sovet dövründə necə qeyd olunub?

Siyasət
29 oktyabr 2026 738 baxış
Dağıdılmış tarixi qəbirlər: Kəsəməndə aparılan sahə işləri nələri üzə çıxardı?

Dağıdılmış tarixi qəbirlər: Kəsəməndə aparılan sahə işləri nələri üzə çıxardı?

Siyasət
29 oktyabr 2026 738 baxış
Helikopter heyətinin imkan və qabiliyyətləri yüksək qiymət aldı - Baku TV

Helikopter heyətinin imkan və qabiliyyətləri yüksək qiymət aldı - Baku TV

Siyasət
29 oktyabr 2026 738 baxış
Seçilmişlər
icon