Şuşa İslam ölkələrinin mədəniyyət mərkəzi olacaq | İƏT rəsmisi
Yeniliklərdən dərhal xəbərdar olun
“2025-26-cı illərdə Türkiyənin Ərzurumu, Azərbaycanın Şuşası turistlərin ən çox maraq göstərdiyi şəhərlər olacaq.
Bu isə Şuşaya və Ərzuruma mədəniyyət mərkəzi statsusu verilməsi üçün prioritet olacaq”. Bunu jurnalistlərə açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Noziri deyib.
“Bu il turizm üzrə potensialı artırmaq üçün üzv ölkələrdə təlimlər keçirəcəyik. 2024-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə nəqliyyat, ticarət, kənd təsərrüfatı, enerji və turizm kimi müxtəlif sektorlar vasitəsilə iqtisadi fəallığı stimullaşdırmağı hədəfləyirik. Qədim İpək Yolu da daxil olmaqla, regionun zəngin mədəni və təbii ehtiyatları sayəsində böyük turizm potensialımız var”, – deyə baş katib bildirib.
#İslam Əməkdaşlıq Təşkilatı teqi istifadə olunub
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
- İƏT-in baş katibi "ASAN Xidmət"in fəaliyyəti ilə tanış olub - Baku TV
- Prezident və İsmayıl Ould Şeyx Əhməd arasında mühüm müzakirələr - Baku TV
- Azərbaycanın beynəlxalq nüfuzu yeni mərhələdə - Baku TV
