Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
“Tarixdə iz buraxan Qaraiman bəyliyinin izləri” adlı buraxılışda Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Kəsəmən kəndinin tarixi, irsi, adətləri, türbə və abidələri, toponimləri araşdırılıb.
Bildirilir ki, Kəsəmən kəndinin əsası XVI əsrdə Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları tərəfindən qoyulub. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilib.
1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olub. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazağın Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır və Kəsəmən tayfasının adını əks etdirir.
Qeyd olunur ki, zəngin coğrafiyaya malik kənddə Alban türklərinin yaşamasını sübut edən kilsə olub. Kəndin şimal hissəsində Ocaq təpəsi adlanan müqəddəs ziyarətgah dini abidələrdən biridir. Kənddə çox sayda adları türk toponimlərindən ibarət yurd yerləri var. Kənddə yaşayan azərbaycanlılar 1919-cu, eləcə də 1988-ci ildə tarixi-etnik torpaqlarından qovulublar.
Süjetdə səlcuqların hansı əsas qollarından birinin Göyçədə yaşamasına, Böyük Səlcuq dövlətinin irsini yaşadan Kəsəmən kəndinin tarixində Səlcuq, Qaraiman bəyliyinin izlərinə aydınlıq gətirilir, həmçinin Kəsəmən sakinləri ermənilərin kənddə türbələri necə dağıtdığını kədərlə danışırlar.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
