Tarixi an | TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə imzalar atıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyası üçün tarixi əhəmiyyətə malik anlarla yadda qaldı. Görüşün sonunda TDT-yə üzv və müşahidəçi ölkələrin liderləri regionda əməkdaşlıq və inteqrasiyanın dərinləşdirilməsini nəzərdə tutan mühüm sənədlərə imza atdılar. Bu sənədlərin ən əsası 121 maddədən ibarət Qəbələ Bəyannaməsi oldu. Bəyannamə iqtisadi, siyasi, mədəni və nəqliyyat əlaqələrinin gücləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələləri üzrə birgə fəaliyyət planını ehtiva edir. İmzalanan sənədlər TDT-nin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Türk dövlətləri arasında sarsılmaz birliyin və strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
#Türk Dövlətləri Təşkilatı teqi istifadə olunub
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Dövlət Baxçalı Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlərə səsləndi - Baku TV
- Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ
- İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI
- Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV
