Tarixi torpaqlarımız uğrunda mübarizəmizdə qətiyyətli olmalıyıq | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Milli Məclisin deputatı Aydın Mirzəzadə olub.
O, ata-baba yurdu olan Göyçə mahalı, Basarkeçər rayonunun Zod kəndi haqqında danışıb. Bildirib ki, bu tarixi Azərbaycan kəndində vaxtilə minlərlə soydaşımız yaşadığı halda, hazırda iki yüz nəfərlik erməni icması məskunlaşdırılıb.
Deputat ötən əsrin ortalarında babasının Qərbi Azərbaycanda əsassız təzyiqlərə, mühakimələrə məruz qaldığını, bu səbəbdən ailəsi ilə birlikdə 1942-ci ildə Gəncə şəhəri ətrafına köçdüyünü söyləyib.
Millət vəkili A.Mirzəzadə Qərbi Azərbaycanda, eləcə də işğaldan azad olunmuş ərazilərdə azərbaycanlılara məxsus qəbirlərin, dini abidələrin dağıdılmasına da toxunub. Qeyd edib ki, bu, yaramazlığın, vəhşiliyin bariz nümunəsidir.
Hazırda Azərbaycanın öz ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdiyini diqqətə çatdıran müsahib vurğulayıb ki, indi ermənilər vaxtilə babalarının törətdikləri yaramazlıqların acı meyvələrini dadırlar. Millət vəkili yeni tarixi dövrdə Qərbi Azərbaycana qayıdış prosesinə start verildiyini, bu istiqamətdə görülən işlərin xalqımız tərəfindən birmənalı olaraq dəstəkləndiyini dilə gətirib.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
