Torpaqlarımızı bu cür azad etməsəydik... | Prezident separatçılığa son qoyulmasından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı”.
Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlət başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz.
“Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik, 2005-ci ildən etibarən. Həmin vaxtdan etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir”, – deyə Prezident əlavə edib.
#XII Qlobal Bakı Forumu teqi istifadə olunub
- "Euronews"da Qlobal Bakı Forumuna həsr olunmuş xüsusi videosüjet yayımlandı
- Dünyanın məşhur siyasətçiləri Azərbaycanın “yaşıl enerji” siyasətini necə dəyərləndirirlər
- Prezident Qarabağ həqiqətlərini bir daha dünyanın diqqətinə çatdırdı - BİZDƏN NƏ DANIŞIRLAR?
- Bakı diqqət mərkəzində | XII Qlobal Bakı Forumunda mühüm müzakirələr aparıldı
- Bu sahədə süni intellektdən istifadə edilir | Səhiyyə nazirindən açıqlama
