Pleyeri seçin:

Türk dövlətlərində media sektorunun vəziyyəti müzakirə edildi - Baku TV

13 iyul 2026 255 baxış

Daşkənddə “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” forumu keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyi və Özbəkistan Jurnalistlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən forumda türk dövlətlərinin media sektorunun mövcud vəziyyəti, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, media əməkdaşlığının perspektivləri və gələcək birgə layihələr geniş müzakirə olunub.

Layihə rəhbəri, İctimai Birliyin icraçı direktoru Əfsələddin Ağalarov bildirib ki, forumun əsas tərəfdaşı Özbəkistan Jurnalistlər İttifaqıdır, məqsəd təcrübə mübadiləsinin genişləndirilməsi və “deepfake” texnologiyalarına qarşı mübarizədə ortaq fəaliyyət istiqamətlərini, eləcə də vahid yol xəritəsini müəyyənləşdirməkdir.

Qeyd olunub ki, qarşılıqlı təcrübə proqramlarının təşkili sayəsində həm Azərbaycan, həm də Özbəkistan jurnalistləri bir-birinin peşəkar təcrübəsindən faydalana bilərlər.

Tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan vətəndaş cəmiyyəti təmsilçiləri, tədqiqatçılar iştirak ediblər.

Forumun panel müzakirələrində Özbəkistan Jurnalistlər İttifaqının sədri Şöhrət Arif, Mətbuat Şurasının Sosial Media Komissiyasının sədri Hacıbəy Heydərli, Kommunikasiya və Jurnalistika Universitetinin professorları çıxış ediblər.

Müzakirələrdə Özbəkistan və Azərbaycan mediası arasında formalaşmış əməkdaşlıq münasibətlərindən, dezinformasiyaya qarşı mübarizə, rəsmi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması, sosial medianın artan təsiri, süni intellekt vasitəsilə yaradılan məzmunun doğurduğu çağırışlar və informasiyanın dəqiqliyinin yoxlanılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda "Mənəvi dirçəlişin anatomiyası" adlı sənədli film nümayiş olunub.

Kopyalandı
Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 255 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 255 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 255 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 255 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 255 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 255 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 255 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 255 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 255 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 255 baxış
Seçilmişlər
icon