Türkiyə Azərbaycana 14 milyon manat verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanan 10 maddədən ibarət qrant sazişini təsdiqləyib.
Sənədə əsasən, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 14 milyondan çox vəsait ayıracaq.
Məqsəd Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim Mərkəzi və Tingçilik Müəssisəsi layihəsinin həyata keçirilməsinin maliyyələşdirilməsidir. Layihənin ümumi dəyəri göstərilən məbləğdən az olduğu halda, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi qrantdan qalan qalıq hissəni istifadə etmək hüququnu tələb etməyəcək.
Qrant çərçivəsində bütün ödənişlər və əməliyyatlar hər növ vergilərdən, rüsumlardan, xərclərdən və fond ödəmələrindən azad ediləcək. Saziş 2025-ci ilin dekabrın 31-dək qüvvədə olacaq.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
