Türkiyəli nazir müavini Heydər Əliyevin məzarını ziyarət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Müdafiə Nazirliyində keçirilən görüşdə Türkiyə nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən müdafiə naziri hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.
#Türkiyə Milli Müdafiə Nazirliyi teqi istifadə olunub
- Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV
- Yunanıstanın hərbi addımı nəyə hazırlıqdır?
- “Yıldırımhan” adlı qitələrarası ballistik raket 6000 km məsafədəki hədəfləri vura biləcək
- Türk Korpusu üçün regional qərargahın yaradılması nəzərdə tutulur | Zəki Aktürk
- Türkiyəyə ballistik raket atılmasını qətiyyətlə pisləyirik | Azərbaycan Müdafiə Nazirliyi
