Türkiyənin daxili işlər naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
Prezident İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.
Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulanıb, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirilib.
Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edilib, bu xüsusda Azərbaycanın və Türkiyənin daxili işlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib
- İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV
