Pleyeri seçin:
Ukrayna İrandakı səfirliyimizə hücumu pisləyib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib. Bu barədə ölkənin XİN-in mətbuat katibi Oleq Nikolenko bildirib.
“Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə O.Nikolenko vurğulayıb.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Məlumata görə, Tehrandakı səfirliyimizə hücum edən şəxs saxlanılıb.
Kopyalandı
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
