Pleyeri seçin:

Ukraynaya göndərilən yardımların həcmi... | Nazirlik rəsmisindən açıqlama

12 fevral 2025 398 baxış

“Azərbaycandan Ukraynaya daha 17 transformator və 52 min metrdən çox kabel göndərilib”.

Bunu Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir:

“Yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və onun birinci hissəsi bu il fevralın 7-də göndərilib. Mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib”.

Qeyd edilib ki, bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3,4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

İlham Əliyevlə FIFA prezidentinin görüşündə nələr müzakirə olundu? - Baku TV

İlham Əliyevlə FIFA prezidentinin görüşündə nələr müzakirə olundu? - Baku TV

Siyasət
29 sentyabr 2026 398 baxış
Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR

Yol polisindən sürücülərə xəbərdarlıq | Tehran masaya yeni plan qoydu - YENİ BİR SƏHƏR

Siyasət
29 sentyabr 2026 398 baxış
Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd edilib - Baku TV

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd edilib - Baku TV

Siyasət
29 sentyabr 2026 398 baxış
ANAMA vətəndaşları minalardan təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb - Baku TV

ANAMA vətəndaşları minalardan təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb - Baku TV

Siyasət
29 sentyabr 2026 398 baxış
Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV

Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV

Siyasət
28 sentyabr 2026 398 baxış
Azərbaycanlıların yaşadığı kəndin izi necə silindi? | Güllüdüzün unudulan tarixi yenidən araşdırıldı

Azərbaycanlıların yaşadığı kəndin izi necə silindi? | Güllüdüzün unudulan tarixi yenidən araşdırıldı

Siyasət
28 sentyabr 2026 398 baxış
Əsrlərlə azərbaycanlıların yaşadığı Ağbulağın taleyi necə dəyişdi? - Baku TV

Əsrlərlə azərbaycanlıların yaşadığı Ağbulağın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
28 sentyabr 2026 398 baxış
Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM

Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM

Siyasət
28 sentyabr 2026 398 baxış
Azad edilmiş ərazilərdə həyat addım-addım bərpa olunur

Azad edilmiş ərazilərdə həyat addım-addım bərpa olunur

Siyasət
28 sentyabr 2026 398 baxış
Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR

Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR

Siyasət
28 sentyabr 2026 398 baxış
Seçilmişlər
icon