Pleyeri seçin:

UNESCO-da çaxnaşma yaradan Yallı: ermənilər rəqsimizə də müdaxilə etdi

19 sentyabr 2023 629 baxış

Sentyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO “X” sosial şəbəkə hesabında Azərbaycanın milli rəqsi olan “Yallı” ilə bağlı paylaşım edib.

“Yallı” rəqsi ritmik addımları və rəngarəng kostyumları ilə Azərbaycan canlı irsinin mahiyyətini təcəssüm etdirir. “Yallı” 2018-ci ildə Təcili Qorunma Siyahısına daxil olunub. Biz bu ənənəni birlikdə qorumalıyıq”, – deyə paylaşımda qeyd olunub.

Ancaq görünən odur ki, sosial şəbəkədəki erməni istifadəçilərin təzyiq və təxribatından sonra qurum paylaşımı nədənsə silməli olub. Milli rəqsimizi “Koçari” adlandıraraq öz tarixlərinin bir parçasıymış kimi sərsəmləyən erməni istifadəçilər buna görə UNESCO-ya təşəkkür etməyi də unutmayıblar.

Paylaşımın hansı səbəbdən silindiyini bilməsək də, qurumun rəsmi saytına daxil olaraq qısa bir araşdırma apardıq. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında hələ də “Yallı” rəqsi Azərbaycanın sərvətləri arasındadır. Yəni necə lazımdırsa elə o cür. “Erməni təxribatı sosial şəbəkədə necə qalib gəlib?”, bu sualın cavabını bilməsək də, həqiqətlərin üstünü heç bir kölgənin örtə bilməyəcəyi gün kimi aydındır.

Qeyd edək ki, “Yallı” Azərbaycanın ən qədim rəqs növlərindən biridir. “Yallı” (“Köçəri”, “Tənzərə”), “Naxçıvanın ənənəvi qrup rəqsləri” 2018-ci ilin 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Təcili Qorunma Siyahısına salınıb.

Kopyalandı
Banner
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 629 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 629 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 629 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 629 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 629 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 629 baxış
Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Siyasət
24 oktyabr 2026 629 baxış
Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Siyasət
24 oktyabr 2026 629 baxış
Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Siyasət
24 oktyabr 2026 629 baxış
İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

Siyasət
23 oktyabr 2026 629 baxış
Seçilmişlər
icon