“Xalqdan gələn dəstək mənə güc verirdi” | Şəhidlərin qanı ilə yazılan tarix - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bu Zəfər tağına gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk olunub. Bu pilləkənlə qalxan hər bir insan haqlı olaraq qürur hissi keçirir, 44 günlük şanlı yürüşümüzün tarixini bir daha yaşayır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilir.
“Bütün bu məsələlər təbiidir. Amma onu da bildirməliyəm ki, bu pilləkəndə eyni zamanda şəhidlərimizin qanı da həkk olunub. Çünki biz hər gün şəhidlər verirdik, hər gün qan tökülürdü. Buna baxmayaraq, xalqımız əsl vətənpərvərlik və həmrəylik göstərirdi və xalqdan gələn dəstək mənə Ali Baş Komandan kimi əlavə güc verirdi. Ancaq irəliyə getdik və bir gün də dayanmadıq, bir gün də geri addım atmadıq, düşməni torpaqlarımızdan qovduq, haqq-ədaləti bərpa etdik, bu gün ərazimiz azaddır və bütövdür”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Ərdoğan Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini səsləndirdi - Baku TV
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- Prezident İlham Əliyev Xankəndidəki çıxışında dünyaya hansı mesajları verdi? - Baku TV
- Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV
