Pleyeri seçin:

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

05 noyabr 2026 214 baxış

XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunacaq. Kənd tarixən azərbaycanlıların əcdadlarının yaşadığı və qərb hissəsinin bolşeviklər tərəfindən Ermənistana verildiyi Zəngəzurda yerləşir.

Adları:
çar dövründə – Xələc, 2-ci Xələc, Xələç
sovet dövründə – Xələc, Xələç
Kənd ən azı 200 il ərzində Xələc adını daşıyıb. 2006-cı ilin iyulunda Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Açanan qoyulub.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Sünik vilayətinin tərkibindədir.

XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Qarabağ xanlığının Acanan Türk mahalının tərkibində olub.

XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya imperiyasının hakimiyyəti altına keçib. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub.

1823-cü ildə Gürcüstanda sərkərdə və baş idarəçi A.P. Yermolovun əmri ilə tərtib edilmiş “Qarabağ əyalətinin təsviri” sənədinə əsasən, kənddə azərbaycanlıların əcdadları yaşayıblar.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

 

«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.

Kopyalandı
Banner
Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? - AKTUAL GÜNDƏM

Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? - AKTUAL GÜNDƏM

Siyasət
16 noyabr 2026 214 baxış
"Tehran hakimiyyəti düşünür ki..." | İran ABŞ-yə hansı formada təzyiq edə bilər? - Baku TV

"Tehran hakimiyyəti düşünür ki..." | İran ABŞ-yə hansı formada təzyiq edə bilər? - Baku TV

Siyasət
16 noyabr 2026 214 baxış
Dörd ölkənin səfiri Sumqayıtda alman əsirlərinin məzarlığını ziyarət edib - Baku TV

Dörd ölkənin səfiri Sumqayıtda alman əsirlərinin məzarlığını ziyarət edib - Baku TV

Siyasət
16 noyabr 2026 214 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum | Təxribatın arxasında kimlər durur? - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum | Təxribatın arxasında kimlər durur? - Baku TV

Siyasət
15 noyabr 2026 214 baxış
Milli radio və televiziyanın yubileyi | Prezident teleradionun cəmiyyətdəki rolunu qeyd etdi

Milli radio və televiziyanın yubileyi | Prezident teleradionun cəmiyyətdəki rolunu qeyd etdi

Siyasət
15 noyabr 2026 214 baxış
Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri | Bakı-London əməkdaşlığı

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri | Bakı-London əməkdaşlığı

Siyasət
15 noyabr 2026 214 baxış
Prezident Fələstin Dövlətinin milli bayramı münasibətilə Mahmud Abbasa təbrik məktubu ünvanlayıb

Prezident Fələstin Dövlətinin milli bayramı münasibətilə Mahmud Abbasa təbrik məktubu ünvanlayıb

Siyasət
15 noyabr 2026 214 baxış
Axta qəbiristanlığı: daşların danışdığı tarix | Bir zamanlar azərbaycanlıların yaşadığı kənd

Axta qəbiristanlığı: daşların danışdığı tarix | Bir zamanlar azərbaycanlıların yaşadığı kənd

Siyasət
14 noyabr 2026 214 baxış
Media və Yayım Şurası auditoriyanı yanıldan vizual təqdimatlara yol verilməməsini tələb edib

Media və Yayım Şurası auditoriyanı yanıldan vizual təqdimatlara yol verilməməsini tələb edib

Siyasət
14 noyabr 2026 214 baxış
Silah istehsalında güclü olan ölkələr sursat tələbatını niyə qarşılaya bilmir? - HƏRBİ XRONİKA

Silah istehsalında güclü olan ölkələr sursat tələbatını niyə qarşılaya bilmir? - HƏRBİ XRONİKA

Siyasət
13 noyabr 2026 214 baxış
Seçilmişlər
icon