XİN rəhbərləri İran ətrafında yaranmış vəziyyəti müzakirə ediblər - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Nazirlər İran ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onun da ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib.
Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.
Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
