Xocalı Soyqırımı Qərbi Azərbaycanlıların başına gətirilən müsibətləri də ifadə edir
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Gənclər Birliyinin üzvü Səbinə Xasayeva olub.
Millət vəkili vaxtilə valideynlərinin yaşadığı, sonradan deportasiya olunduğu Göyçə mahalı Basarkeçər rayonu Şişqaya kəndi və Zəngəzur mahalının Qafan rayonunun inzibati mərkəzi sayılan Qafan şəhəri barədə danışıb.
Millət vəkilinin sözlərinə görə, Birinci Qarabağ müharibəsi dövründə ermənilərin törətdiyi Xocalı soyqırımı ötən əsrin 1905-1907, 1918-1920, 1948-1953, 1988-ci illərində Qərbi Azərbaycandakı soydaşlarımızın başına gətirilən müsibətləri də ifadə edir.
S.Xasayeva bildirib ki, deportasiyaya məruz qalan soydaşlarımız indiki Azərbaycanda məskunlaşmağı bacarsalar da, sıfırdan yeni bir həyat qurmaq onlara asan başa gəlməyib.
Millət vəkili sonda qeyd edib ki, hazırda Qərbi Azərbaycan məsələsi sadəcə o torpaqlardan deportasiya olunmuş soydaşlarımızın deyil, ümumilikdə 50 milyonluq Azərbaycan xalqının dərdidir, bir nömrəli problemidir.
