Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Zakir Həsənov Bəhreyn Krallığı tərəfindən göstərilən humanitar yardıma, eləcə də 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq təşkilatlarda dəstəyinə görə minnətdarlıq ifadə edib.
Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı isə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini xüsusi vurğulayıb.
Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsi, eləcə də regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
#Zakir Həsənov teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
