Zakir Həsənov: Maraqlandığımız silahlar gizli olduğu üçün adlarını açıqlamayacağam
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə istehsalı olan bir çox silahlarla maraqlanırıq, lakin gizli olduğu üçün həmin silahların adlarını açıqlamayacağam”.
“Report”un məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov deyib. General-polkovnik vurğulayıb ki, Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edir və bu inkişaf Azərbaycanı sevindirir.
“Türkiyənin hərbi sənayesi ilə yaxından maraqlanırıq. Çox sayda ikitərəfli müqavilələr imzalamışıq. Eyni zamanda bir çox layihələri birlikdə həyata keçiririk”, – deyə nazir bildirib.
Zakir Həsənov onu da qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə orduda islahatlar aparılır, Ordumuzun strukturu Türkiyə Silahlı Qüvvələrinin strukturuna bənzər formada təkmilləşdirilir və yenidən formalaşdırılır.
“Odur ki, bizim həm strukturumuz, həm də silahlarımız eyni olmalıdır. Bu istiqamətdə böyük işlər görülür. İki ölkə liderlərinin bununla bağlı tapşırıqları qısa müddətdə yerinə yetiriləcək”, – deyə müdafiə naziri əlavə edib.
Qeyd edək ki, Z.Həsənov İstanbulda keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdədir.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
